​ABŞ Kubadakı səfirliyini bağlaya bilər

ABŞ Kubadakı səfirliyinin bir neçə əməkdaşının akustik hücumun təsirinə məruz qalmasından sonra səfirliyin bağlanması məsələsi gündəlikdədir.
Bunu sentyabrın 17-də ABŞ dövlət katibi Reks Tillerson bildirib.
R. Tillerson ABŞ-ın Kubadakı səfirliyinin bağlanması məsələsinə baxıldığını təsdiqləyib.
Qeyd edək ki, avqust ayında ABŞ Dövlət Departamenti ABŞ-ın Havanadakı səfirliyinin bir neçə əməkdaşının xüsusi cihaz vasitəsi ilə akustik hücuma məruz qaldığını bəyan edib. Həkimlər həmin diplomatlara yüngül kəllə-beyin travması diaqnozu qoyublar.(APA)