​ABŞ kəşfiyyatı Rusiyanın gizli müdaxiləsini SÜBUT ETDİ: “7 ştatda…”

Baxış sayı:
5371

ABŞ kəşfiyyatı Rusiyanın 7 ştatda seçkilərə müdaxiləsini sübut edib.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, bu haqda bir neçə Amerika məmuruna istinadən “NBC News” telekanalı bildirib.
Kəşfiyyatın üç yüksək vəzifəli rəsmisinin sözlərinə görə, bunlar Alyaska, Arizona, Kaliforniya, Florida, İllinoys, Texas və Viskonsin ştatlarıdır.
 “Yeddi ştatda computer sistemlər müxtəlif üsullarla açılıb. Həm də bəzi pozuntular digər ştatlarla müqayisədə daha ciddi idi: ştatların saytlarına girişdən seçicilərin qeydiyyatının faktiki sistemlərinə müdaxiləyə qədər”, - mənbələr bildiriblər.
Öz növbəsində, İllinoys ştatı hələ 2016-cı ilin yayında seçicilərin qeydiyyatı sisteminə kiberhücumu aşkar edib və bu haqda ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyinə bildirib.
Qeyd edək ki, rəsmi Moskva sözügedən ittihamları dəfələrlə rədd edib.