ABŞ kəşfiyyatçıları: Kim Conq Un "çox rasionaldır"

Kim Conq Unun təkrar-təkrar provokasiyalarına və ABŞ-la qızğın ritorikaya girməsinə baxmayaraq Amerikanın yüksək rütbəli kəşfiyyat rəsmiləri Şimali Koreya liderinin kifayət qədər rasional olduğunu düşünür.
“Kim Conq Un çox rasional fiqurdur," Mərkəzi Kəşfiyyat Agentliyi (CIA) Koreya Mərkəzi rəhbərinin assistenti deyir.
Kim Conq Un bütün avtoritar liderlərin istədiyini istəyir – uzun müddət hakimiyyətdə qalmaq və öz yatağında rahat ölmək.
“Gurultulu bəyanatlar bir tərəfə, Kim Conq Unun birləşmiş ABŞ və Cənubi Koreya hərbi qüvvələri ilə üz-üzə gəlmək niyyəti yoxdur,” Yonq Suk Li CIA-in Vaşinqtonda təşkil etdiyi konfransda bildirib.
Kəşfiyyatçıların bu növ dəyərləndirməsi ABŞ Prezidenti Donald Trampın bəyanatları ilə təzad təşkil edir.
Bir neçə Tvitter mesajında Tramp Şimali Koreya liderini “Balaca Roket Adamı” və “divanə” adlandırıb ("amerikaninsesi").