​ABŞ köhnə siyasətinə qayıtdı: Daha artığını edəcəyik...

Baxış sayı:
9361

ABŞ Şimali Koreyaya qarşı yeni sanksiyalar hazırlayır. Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Mayk Pompeo deyib. “Mən əminəm ki, istədiyimizi əldə etmək üçün tamamlayıcı sanksiyalar tətbiq ediləcək. Əminəm ki, daha artığını edib, başqa ölkələrdən də daha artığını etməsini xahiş edəcəyik”, - deyə dövlət katibi bildirib. Qeyd edək ki, bu gün ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen İnlə olan görüşün ləğv edilməsi barədə qərar verib.