​ABŞ koalisiyası İŞİD yaraqlılarına yardım edir

Baxış sayı:
1492

ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya Suriyanın Deyr-əz-Zor şəhərindən İŞİD yaraqlılarını təxliyə edir.
Xəbəri Suriyanın SANA agentliyi yayıb.
“ABŞ-ın başçılıq etdiyi koalisiyaya məxsus helikopterlər Deyr-əz-Zorun cənub-şərq bölgəsində eniş edib və oradan yaraqlıları çıxarıb”, - məlumatda bildirilir.
Daha öncə mətbuatda koalisiyanın terrorçu qruplaşmanın başçılarını münaqişə bölgəsindən çıxarması barədə xəbərlər yayılmışdı.
Lakin Pentaqon bu ittihamları rədd edir.