ABŞ Kalaşnikov pulemyotları istehsal etmək istəyir?

Baxış sayı:
4288

"ABŞ-ın Kalaşnikov pulemyotları istehsal etmək niyyəti Rusiya silahının etibarlılığını göstərir".
Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, bunu "Kalaşnikov" konserninin mətbuat xidmətindən bildirsələr də, məsələ ilə bağlı konkret plan barədə məlumatlı olmadıqlarını deyiblər:
"Məlumatımız yoxdur. Lakin təəccüblənmədik, çünki bu, bizim silahların etibarlılığını və keyfiyyətini bir daha təsdiq edir".
Bir müddət əvvəl "National Interest" nəşri yazmışdı ki, ABŞ-ın xüsusi əməliyyatlar üzrə komandanlığı modernləşdirilmiş Kalaşnikov və NSV "Utyos" iri çaplı pulemyotlarının texnologiyasını yaxşılaşdırmağı və onların oxşarını istehsal etməyi bacaran şirkətlərə qrantlar təklif edib.