ABŞ istədi, TÜRKİYƏ RƏDD ETDİ

Baxış sayı:
4651

FETÖ və PKK üzvlərinə qucaq açan ABŞ əməkdaşlıq pərdəsi altında Türkiyənin hazırladığı 50 nəfərlik terrorçu siyahısını əldə etmək üçün hərəkətə keçib. Mənbələrin verdiyi məlumata görə, Vaşinqtonun Ankaradan siyahı tələb etməsinin altında xoş olmayan başqa bir niyyət yatır.
 
Münbiç məsələsində Ankara ilə Vaşinqton arasında həyata keçirilən təmas qrupunda, ABŞ rəsmiləri Türkiyədən PKK-ya dair kəşfiyyat məlumatları əldə etmək istəyib. PYD-ni PKK-nın davamı kimi qəbul etməyən Amerikalılar, Türkiyənin təşkilata dair hazırladığı yeni terrorçu siyahısını əldə etməyə cəhd edib. İçində 50 şəxsin olduğu siyahını Ankaradan almağa çalışan Vaşinqtonun sözügedən tələbi geri çevrilib. ABŞ-ın siyahıda kimlərin olduğunu öyrənmək səylərini qiymətləndirən şəxslər, okeanın o tayının PKK-ya qarşı yeni bir qoruma planına diqqət çəkib.
 
HƏQİQİ NİYYƏTLƏRİ BƏLLİ OLDU
 
Türkiyənin xəbərdarlıqlarına qulaq tıxayaraq Suriya və İraqda terror təşkilatlarıyla əməkdaşlığı davam etdirən ABŞ-ın marağı ötən ay iki ölkə arasındakı problemlərin həlli üçün yaradılan birgə mexanizm toplantısında gün üzünə çıxıb. Toplantılarda terrorizmin maliyyələşdirməsinin qarşısının alınması məsələsində Türkiyənin atdığı addımlar müzakirə olunub. FETÖ, PKK və İŞİD kimi terror təşkilatlarının Orta Şərq, ABŞ və Aİ ölkələrindəki hərəkətlərinin də araşdırıldığı təmas əsnasında Vaşinqtondan gələn rəsmi şəxslər Türkiyə XİN-in nümayəndə heyətinə, "PKK və İŞİD-ın hərəkətlərinin qarşısını almaq məsələsində yardım etmək istəyirik" deyib. Ancaq Amerikalıların məqsədinin yardım olmadığı qısa müddətdə ortaya çıxıb. ABŞ rəsmiləri yardım pərdəsi altında Türkiyənin müəyyən etdiyi yeni terrorçu siyahısının əldə etmək istəyi aydın olub.
 
MƏLUMAT QOPARMADILAR
 
ABŞ rəsmiləri toplantıda, Türkiyə tərəfinin kritik əhəmiyyətdə olduqlarını təsbit etdiyi terror təşkilatının yüksək səviyyəli 50 yeni şəxslə bağlı siyahının onlara verilməsini istəyib. Bu təklifə ehtiyatlı yanaşan Ankara, həmin siyahı ilə bağlı məlumatı ABŞ rəsmiləri ilə bölüşməyib. Mənbələr, ABŞ-ın tələbinin xoş niyyətli olmadığına diqqət çəkərkən, Vaşinqtonun bu mövqeyinin terrorçuları qorumağın bir başqa forması olduğunu bildirib. Mənbələrə görə, Ankara əgər 50 nəfərlik siyahını PKK-nın hamisi ABŞ-a vermiş olsaydı, onlar terrorçuları təmizə çıxarmaq üçün haqlarında terrordan deyil, narkotikdən, yaxud digər cinayətlərlə əlaqəli kimi göstərəcəkdi. Mənbələr ABŞ qanunlarında narkotik cinayətinin, terror cinayətinə görə, daha məsum bir cinayət sayıldığını xatırladır.
 
TƏMAS XƏTTİ KƏSİLDİ
 
ABŞ-ın, Türkiyənin müəyyən etdiyi 50 terrorçunu dünya ictimaiyyətinə terrorçu kimi deyil, narkotik qaçaqmalçısı kimi təqdim edərək terror təşkilatlarına birbaşa verdiyi dəstəyi pərdələmə cəhdində olduğu düşünülür. ABŞ Maliyyə Nazirliyi 2008-ci ildə PKK başçıları Murad Qarayılan, Əli Rza Altun və Zübeyir Aydarı narkotik qaçaqmalçısı elan etmiş, lakin bunları axtarılan terrorçular sinfinə daxil etməmişdi. Bu arada, ABŞ ilə Türkiyə arasında PKK işğalındakı Münbiç məsələsi ilə bağlı bir müddət əvvəl yaradılan təmas qrupunun fəaliyyətinə qısa müddət ara verilib. ABŞ-ın vəzifədən alınan keçmiş dövlət katibi Reks Tillerson dövründə başlanılan işçi qrupunun iclasları, Vaşinqtonda yeni nazir vəzifəyə başlayana qədər keçirilməyəcək. Diplomatik mənbələr, Tillersonun yerinə təyin olunan keçmiş MKİ direktoru Mayk Pompeo rəsmən vəzifəyə başlayana qədər Münbiç məsələsində təmasa fasilə veriləcəyini bildirib.
Müxalifət.az