ABŞ İsrailin düşməninə raket satdı

Baxış sayı:
4450

 ABŞ Livan Hava Qüvvələrinə APKWS Lazerlə İdarə olunan raket ixracı həyata keçirib.
 
ABŞ-ın Livan səfirliyi tərəfindən edilən açıqlamada, "Amerika Birləşmiş Ştatları Livan Silahlı Qüvvələrinə 16 milyon dollardan artıq dəyərə malik APKWS lazerlə idarə olunan raket ixracı həyata keçirib. APKWS lazerlə idarə olunan raketləri Livan Hava Qüvvələrinin yeni A-29 Super Tucano hücum təyyarələri üçün mühüm komponentdir" ifadələrinə yer verilib.
70mm-lik raketləri lazerlə əlaqəli hala gətirən APKWS, sabit və dönər qanadlı hava vasitələri tərəfindən fəal istifadə edilir. 5km+ mənzilə sahib APKWS-in qiyməti 30.000$ məbləğindədir. Türkiyədə Roketsan tərəfindən isehsal edilən 8km+ mənzilli Cirit raketi dünya üzrə ən yaxşı 70mm-lik lazerlə idarə olunan raket olaraq bilinir.
Müxalifət.az