ABŞ İsrailə TƏHLÜKƏSİZLİK TƏMİNATI VERİB

Baxış sayı:
3229

Amerika Birləşmiş Ştatlarının Mərkəzi Qüvvələr (CENTCOM) Komandanı Cozef Votel, İsrailə Suriya mövzusunda zəmanət verib.
 
ABŞ-ın Yaxın Şərqdəki güclərindən məsul CENTCOM Komandanı Cozef Votel, çərşənbə axşamı günü proqramında olmamasına baxmayaraq İsrailə səfər edib. General Votelin bu rəsmi səfərdə İsrail Baş Qərargahının qonağı olduğu ifadə edilib.
İsrail Milli Təhlükəsizlik Şurasının rəhbəri Meir Ben-Şabbat, baş qərargah rəisi Gadi Eizenkot və digər hərbi rəsmilərlə görüşən Votelin gündəmində Suriya və İran olduğu bildirilir.
İsrailin “Arutz Sheva 7” xəbər saytına görə, Votel, İsrailli dinləyicilərinə Suriyadan yaxın perspektivdə çəkilmə planlarının olmadığı və İsrail sərhədlərində təhlükəsizlik və sabitliyi təmin etmə əməliyyatlarını dəstəkləmə təminatı verib.
Müxalifət.az