ABŞ İsrail İŞĞALINI QANUNİLƏŞDİRİR

Baxış sayı:
3934

Trampın "Əsrin müqaviləsi” dediyi Qüds təxribatında ikinci pərdə açılıb. ABŞ, İsrailin Fələstin işğalını tanıyıb. ABŞ İsrailin Fələstindən işğal etdiyi torpaqlar üçün ənənəvi "işğal sözündən” istifadə etməyib.
 
ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı elan etməsindən sonra təxribatlarına davam edir. Fələstin rəhbərliyi, ABŞ Dövlət Departamentinin hesabatında işğal olunmuş torpaqlarını İsrailə aid göstərilməsinə sərt reaksiya göstərib.
 
İNSAN HAQLARI POZULUR
 
Fələstinin İnformasiya Nazirliyindən edilən yazılı açıqlamada, ABŞ Dövlət Departamentinin dünyada insan hüquqları ilə bağlı hazırladığı və "işğal olunmuş ərazilər" (Şərq Qüds, Qərbi İordan və Qəzza) ifadəsinin yer almadığı hesabata toxunulub. "İşğal altındakı ərazilər ifadəsinin hesabatda yer almaması beynəlxalq hüququn açıq pozuntusudur. Bu mövqe, Fələstində insan haqlarının tapdanması anlamına gəlir" ifadəsinə yer verilən açıqlamada, ABŞ-ın İsrail tərəfdaşlığı etməyə davam etdiyi bildirilib. Cümə günü dərc olunan hesabatda, əvvəlki illərdə hazırlanan və işğal altındakı ərazilər ifadəsinin də (Qüds, Qərbi İordan və Qəzza) yer aldığı hesabatların əksinə olaraq yeni ifadələrə yer verilmişdir. ABŞ-ın Təl-Əvivdəki səfiri Devid Fridman bu il üçün ölkəsinin xarici işlər nazirliyindən hazırladığı illik hesabatlarda, "işğal altındakı ərazilər" ifadəsindən istifadə etməməsini istəmişdi. Son hesabatdan da göründüyü kimi “İşğal” sözü mətndən tamamilə çıxarılıb. Bu da ABŞ-ın işğal olunmuş torpaqları İsrail ərazisi kimi tanıması anlamına gəlir.
Müxalifət.az