ABŞ İsrailə 38 milyard dollarlıq hərbi yardım ayırıb

Baxış sayı:
2140

ABŞ İsrailə 38 milyard dollar həcmində hərbi yardım ayırıb.
Bu barədə Dövlət Departamentinin nümayəndəsi Xizer Nauert özünün tvitter hesabında yazıb. Qeyd edilən vəsait 2019-2028-ci illər ərzində hissə-hissə ödəniləcək. 
Nauret bildirib ki, məqsəd İsrailə hərbi yardım göstərmək və ikitərəfli əlaqələri möhkəmləndirməkdir. Onun sözlərinə görə, qanun artıq prezident Donald Tramp tərəfindən imzalanıb. /“Qafqazinfo”