​ABŞ İraqı Yer üzündən sildi, keçdi İrana - SLUTSKİ

Baxış sayı:
815

ABŞ-ın İranla nüvə razılaşmasının ləğvi və ona qarşı yeni sanksiyalar tətbiq etmək niyyəti stabillik və təhlükəsizliyin əldə edilməsinə yönəlməyib.
Muxalifət.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Dumasının Beynəlxalq Münasibətlər Komitəsinin sədri Leonid Slutski söyləyib.
“ABŞ İranla nüvə razılaşması çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyəcəyi ilə bağlı niyyətini nümayiş etdirir. İran öz üzərinə düşən öhdəlikləri icra edib. Tehran həmçinin Suriyada terrorizmlə mübarizədə mühüm rol oynayıb. Biz ABŞ-ın demokratik haqlar adı altında Yuqoslaviya, Liviya, İraq kimi dövlətləri Yer üzündən sildiyini yaxşı xatırlayırıq. Bu dövlətlərin yerində indi nə var?” – deyə o bildirib.