ABŞ İranla bağlı qərarını CÜMƏ GÜNÜ VERƏCƏK

Baxış sayı:
21889

ABŞ-ın İranla imzalanan nüvə müqaviləsini davam etdirib, etdirməyəcəyinə dair qərarı cümə günü verəcəyi açıqlanıb.
 
ABŞ-ın xarici işlər nazirliyinin müşaviri Stiv Qoldsteyn, məsələ ilə bağlı mətbuata açıqlama verib.
Qoldsteyn, 2015-ci ildə İran ilə imzalanan nüvə müqaviləsinin davam edib, etməyəcəyi barədə suala, "Qərarın cümə günü veriləcəyini gözləyirik. Məsələyə dair müzakirə davam edir" deyə, cavab verib.
Qoldsteyn, ABŞ prezidenti Donald Trampın, dövlət katibi Reks Tillerson və müdafiə naziri Cim Mattis ilə bu həftə içərisində bir araya gələcəyini söyləyib.
 
TİLLERSON MESAJ VERMİŞDİ
 
Qeyd edək ki, ABŞ-ın dövlət katibi Tillerson, cümə günü “AP” xəbər agentliyinə verdiyi müsahibədə, "Müqaviləni ya düzəldəcəyik, ya da ləğv edəcəyik" deyə, fikir bildirmişdi.
Müxalifət.az