​ABŞ İranın nüvə silahına sahib olacağı tarixi AÇIQLADI

Baxış sayı:
4540

İran 2025-ci ildə Hərtərəfli Birgə Fəaliyyət Planının sona çatmasından sonra nüvə silahına sahib ola bilər.
Muxalifət.az xəbər verir ki, bu sözləri Ağ Ev sözçüsü Sara Sanders deyib.
“İran lap əvvəldən yalan danışırdı. Anlaşma qeyri-dəqiq məlumat bazası üzərində imzalanıb. Xüsusilə, İranın nüvə potensialı baxımından... Əgər bu razılaşma qeyri-dəqiq əsaslarla davam etdirilərsə, Tehran 7 ildən sonra nüvə arsenalının yaradılmasında daha da irəli gedəcək və mümkündür ki, nüvə silahına sahib olacaq”, - deyə sözçü bildirib.