ABŞ İranı təyyarə gəmisi ilə hədələdi

Baxış sayı:
4834

 Ağ Ev Milli Təhlükəsizlik məsləhətçisi Con Bolton İrana mesaj vermək üçün "USS Abraham Linkoln" təyyarə gəmisinin hücum qrupu ilə bir bombardmançıları Orta Şərqə sövq edəcəklərini bildirib.
 
Bolton verdiyi yazılı açıqlamada, "Bir çox narahat edici və gərginliyi artıran əlamət və xəbərdarlığa baxmayaraq İran rejiminə ABŞ-ın və müttəfiqlərinin maraqlarına qarşı hər hansı bir hücumun sərt bir güclə cavab veriləcəyinə dair dəqiq və mütləq bir mesaj vermək üçün ABŞ-ın “USS Abraham Linkoln” təyyarə gəmisi döyüş qrupunu və bir də bombardmançı eskadrilyanı Mərkəz Qüvvələr Komandanlığı bölgəsinə göndərir" deyə qeyd edib.
 ABŞ-ın İran ilə bir qarşıdurmada maraqlı olmadığını iddia edən Bolton, "Ancaq hər hansı bir təcavüzə cavab vermək üçün tam hazırıq" deyib.
Müxalifət.az