ABŞ-a İrandan gözdağı: “Lazım olsa, bir daha vurarıq”

Baxış sayı:
13999

İran Dəniz Qüvvələrinin komandiri Hüseyn Hanzadi ABŞ-a aid insansız hava vasitəsinin (İHA) salınmasının Washintona yönəlik "sərt bir cavab" olduğunu ifadə edərək hava sahələrinin pozulduğu təqdirdə yenə eyni cavabı verəcəklərini söyləyib.
 
“Fars” Xəbər Agentliyinə görə, Hanzadi "Düşmən (ABŞ) ən inkişaf etmiş texnologiyaya sahib insansız kəşfiyyat təyyarəsini qadağan olunmuş bölgəyə göndərdi və onun salındığını gördü. Açıqca elan edirik ki, eyni cəhd təkrarlandığı təqdirdə düşmənə verilən bu sərt cavab təkrarlanacaq. Düşmən bunu bilir" deyib.
 
Nə baş vermişdi?
 
İran İnqilab Mühafizəçiləri Ordusu cümə axşamı günü Oman Körfəzi sahilindəki Hürmüzgan əyalətinin Kuhmubarek şəhəri sahilində "İran hava sahəsini pozan" ABŞ Hava Qüvvələrinə aid RQ-4 Qlobal Hawk tipli İHA-nın qurudan havaya raketiylə vurularaq salındığını bəyan etmişdi.
ABŞ Mərkəz Qüvvələr Komandanlığı (CENTCOM) isə Hörmüz Boğazı üzərində uçan ABŞ Hava Qüvvələrinə aid insansız hava vasitəsinin İran tərəfindən salındığını təsdiqləsə də, ancaq söz mövzusu İHA-nın "beynəlxalq hava sahəsində" uçarkən salındığını iddia etmişdi.
Bundan sonra Ağ Evdə İrana hərbi cavab vermək üçün prezident Donald Trampın başçılıq etdiyi fövqəladə vəziyyət yığıncağı təşkil edilmişdi. Tramp son anda söz mövzusu hərbi hücumdan "çox insanın öləcəyi səbəbiylə" imtina etmişdi.
Müxalifət.az