​ABŞ İranda etirazları boğan rəsmilərə qarşı SANKSİYALAR TƏTBİQ EDƏ BİLƏR

Baxış sayı:
4912

İran etirazçılarına dəstək vəd edən Birləşmiş Ştatlar, 21 nəfərin ölümü və 1000-dən çox insanın həbsi ilə nəticələnən təzyiqlərə görə İran rəsmilərini qınayıb.
Ağ Ev rəsmisi cümə axşamı deyib ki, ABŞ keçən həftə başlayan etirazların boğulmasında məsuliyyət daşıyanlara qarşı yeni sanksiyaların tətbiq edilməsinə çalışacaq.
Eyni zamanda ABŞ səfiri Nikki Heyli Birləşmiş Millətlər Təşkilatında çıxış edərək, İrandakı vəziyyətlə bağlı cümə günü BMT-nin təcili iclasınının keçirilməsinə çağırış edib.
ABŞ-ın bəyanatları və sanksiyaları çətin ki, İran rəsmiləri, xüsusilə də İranın dini lideri ayətullah Əli Xamenei tərəfindən yaxşı qarşılansın. Ali lider etirazların təşkilində xarici hökümətləri ittiham edib.
İranda iqtisadi çətinliklərə və hökümətdəki korrupsiyaya qarşı etirazlarlarla bərabər son iki gündə hökümətə dəstək nümayişləri də keçirilir./amerikaninsesi/