ABŞ İrana qarşı sanksiyaların ləğvi müddətini üç ay uzadıb

Vaşinqton nüvə sazişinə riayət etməklə bağlı hələ qəti qərar qəbul etməyib
 
Vaşinqton nüvə proqramı üzrə razılaşmaya müvafiq olaraq İrana qarşı tətbiq olunan sanksiyaların aradan qaldırılması rejiminin müddətini üç ay uzatmaq barədə qərar qəbul edib.
Bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyert məlumat verib.
"Administrasiya qərarların qəbul edilməsində müəyyən çevikliyi qorumaq üçün sanksiyaların aradan qaldırılması rejimini təsdiq edib", - deyə Noyert bildirib.
Bununla yanaşı, Dövlət Departamentindən qeyd ediblər ki, Amerika Administrasiyası İran ilə nüvə razılaşmasına riayət etməkıə bağlı hələ qəti qərar qəbul etməyib./report