ABŞ-ın İran xofu: Paralel hücumlar ola bilər

Baxış sayı:
5818

 İran neftinə sanksiyalardan bəzi ölkələrə verilən sərbəstliklərə son qoyan Vaşinqton rəhbərliyi, İran üzərində tətbiq etdiyi təzyiq siyasətinə qarşılıq Orta Şərqdəki hərbi və mülki varlığına Tehranın paralel hücumlarla cavab verməsindən narahatlıq duyur.
 
CNN televiziyasına danışan, amma adını açıqlamayan Amerikalı hökumət rəsmisi, Vaşinqton rəhbərliyinin Tehranın təzyiqlərə qarşı ABŞ-ın Orta Şərqdəki maraqlarını hücumlarla hədəf almasından narahat olduğunu bildirib.
“Eurasia Group” analitiklərindən Henri Roma isə İranın ABŞ təzyiqlərinə aqressiv şəkildə cavab vermək həvəsində olmadığını və Donald Trampdan sonrakı dövrə hazırlaşdığını və planlarını da buna görə icra etdiyini ifadə edib.
Buna baxmayaraq İranın sanksiyalara aqressiv qarşılıq vermə ehtimalının kiçik də olsa, olduğunu qeyd edən Roma, "İran bu neft sanksiyalarına aqressiv şəkildə qarşılıq verməyə çalışsa, bunu kiber hücumlarla edəcəyini düşünürəm. Səudiyyə Ərəbistanın neft obyektlərinə və ya Orta Şərqdəki bankları hədəf ala bilər" deyib.
Kiber hücumların təqibinin çətin olduğuna işarə edən Roma, hücumların İranla əlaqəsinin sübut olunması nisbətən çətinləşəcəyi üçün gərginliyin artacağını deyib.
 
İRAN NEFTİNİN SATIŞININ TAM DAYANACAĞINI GÜMAN ETMİRƏM
 
ABŞ-ın keçmiş Xəzinə Nazirliyinin müşaviri Elizabet Rozenberq isə ABŞ-ın İranın neft ixracını sıfıra endirmək siyasətinin Tehranın neft satışlarında böyük nisbətdə azalmaya yol açacağı, ancaq tamamilə dayandıra bilməyəcəyini deyib.
Müxalifət.az