ABŞ “İran məsələsini” BMT-yə daşıyır

Baxış sayı:
8032

Ağ Ev Milli Təhlükəsizlik məsləhətçisi Con Bolton Birləşmiş Ərəb Əmrliklərinin (BƏƏ) Fuceyra Limanı yaxınlarında 4 ticarət gəmisinə edilən hücumun arxasında İranın olduğuna dair dəlillərin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına (BMT TŞ) təqdim ediləcəyini söyləyib. Bolton Orta Şərq ilə Şimal Afrika ölkələrində ərəbcə yayımlanan ABŞ mərkəzli “əl-Hurra” televiziya kanalında yer alan açıqlamasında, "BƏƏ sahilində gəmilərə edilən hücumların arxasında İranın olduğuna dair dəlillər BMT TŞ-na təqdim ediləcək" deyib. ABŞ-ın bölgəyə hərbi dəstək göndərməsi və vəziyyətə sürətli bir şəkildə cavab verməsinin İranın dcaydırılmasını təmin etdiyini qeyd edən Bolton, İranın ABŞ missiyalarını hədəf almasının böyük bir səhv olacağını, belə bir vəziyyətin də müzakirə istəyi ilə uyğunlaşmayacağını ifadə edib. Qeyd edək ki, Bolton bölgədəki təhlükəsizlik böhranını müzakirə etmək üçün srağagün BƏƏ-yə getmişdi. Rəsmi görüşlər çərçivəsində BƏƏ-ni ziyarət edən Bolton, dünən paytaxt Abu Dabi-də jurnalistlərə etdiyi açıqlamada, Fuceyra Limanı yaxınlarında 4 ticarət gəmisinə edilən hücumun arxasında İranın olduğunu iddia etmişdi. Müxalifət.az