ABŞ-İran böhranı: Dağıdıcı müharibəyə səbəb ola bilər

Baxış sayı:
7573

İraqda Milli Hikmət Axını-nın lideri İshaq İbn əl-Həkim ABŞ ilə İran arasındakı böhranın mənfi təsirlərinin olacağını, bunlardan birinin də dağıdıcı bir müharibəyə sürüklənmə ehtimalı olduğunu bildirib. Qorxudan sözlər: Dağıdıcı müharibəyə səbəb ola bilər Küveytə səfəri zamanı yerli mətbuata açıqlama verən Həkim, İranın təkbaşına yanğına girməyi qətiyyən qəbul etməyəcəyi, neft ixracının dayandırılmasının çox ağır nəticələrinin olacağı xəbərdarlığını edib. Həkim "ABŞ-İran böhranının artması bölgə üçün böyük bir narahatlıq deməkdir. Xüsusilə, ABŞ İrana təzyiq etmə mərhələsindən “boğma” mərhələsinə keçmişdir" deyib. İki ölkə arasında artan gərginlik haqqında xəbərdarlıq edən Həkim, "ABŞ-İran böhranının artması, yaş və quru hər şeyi yandıran, dağıdıcı bir müharibə anlamına gəlir" deyib. Həkim Küveytin sözügedən gərginliyin azaldılmasında mühüm rol oynaya biləcəyini, İraqın da bir çəkişmə meydanı deyil, sülh və sevgi sahəsi olmaq istədiyini ifadə edib. Qeyd edək ki, Ağ Ev Milli Təhlükəsizlik məsləhətçisi Con Bolton 5 mayda verdiyi açıqlama ilə “USS Abraham Linkoln” təyyarə gəmisi ilə bombardmançı qüvvələrin birlikdə Körfəzə yönəldildiyini bildirmişdi. Bolton bunu İran rəhbərliyinə "dəqiq və qəti bir mesaj" kimi qiymətləndirmişdi. Müxalifət.az