​ABŞ-ın imzaladığı yeni müqavilə vergilərə təsir edəcəkmi?

Baxış sayı:
3355

Yeni ticarət müqaviləsi polad və alüminium tariflərinə təsir etməyəcək.
Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Ticarət naziri Vilbur Ross Kanada və Meksika ilə imzalanan yeni ticarət müqaviləsi barədə danışarkən deyib.
Vilbur söyləyib ki, polad və alüminium tariflərinin qaldırılmasına yönəlik hər hansı bir vaxtın təyin edilməsi ilə bağlı qrafik yoxdur.
Trampın ticarət siyasətinin özünü sübut etdiyini deyən Ross polad və alüminium məsələsində ABŞ-ın milli təhlükəsizliyini maraqlandıran spesifik problemlərin olduğunu qeyd edib.