ABŞ “İdlib” anlaşması ilə bağlı Türkiyə və Rusiyanın bostanına daş atdı

Baxış sayı:
3259

ABŞ-ın İraq və Suriyada İŞİD-ə qarşı aparılan Təbii Qətiyyət Əməliyyatının sözçüsü polkovnik Sean Ryan, Türkiyə və Rusiya arasında varılan “İdlib” müqaviləsini, "daimi olduğu təqdirdə" dəstəkləyəcəklərini deyib.
 
Bağdaddan video konfrans yoluyla Pentaqon müxbirlərinə brifinq verən Ryan,  “(Müqavilə) Əgər uzunmüddətli olarsa, həyatları xilas edə bilərlərsə və humanitar fəlakətin qarşısını alırlarsa, o halda tam dəstəkləyərik" deyib.
“Amerikanın Səsi” radiosunun xəbərinə görə, Ryan, "Bizim istədiyimiz, həyatları xilas edəcək bir siyasi həlldir" deyə, əlavə edib.
Müxalifət.az