​ABŞ-ın iddiaları əsassızdır, əsas məqsəd... - Rusiya XİN

Baxış sayı:
2962

ABŞ-ın açıq səma razılaşması ilə bağlı Rusiyaya qarşı iddiaları əsassızdır və mümkün problemlər həll edilməkdənsə, daha da dərinləşdirilir. Muxalifet.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib. Zaxarova deyib ki, ABŞ əsassız iddialardan yararlanaraq, Rusiyaya qarşı sanksiyalar tətbiq etməyi qarşısına məqsəd qoyub. Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp 2019-ci ilin müdafiə büdcəsini təsdiqləyib. Yeni büdcənin həcmi 716 milyard dollardır. Rusiya isə iddia edir ki, müdafiə xərclərinin bu qədər artırılması beynəlxalq təhlükəsizliyə təhdiddir.