ABŞ icazə vermədi: İsraildən F-16 ala bilməyəcəklər

Baxış sayı:
8446

ABŞ hökuməti F-16- döyüş təyyarəsinin texnologiyasını üçüncü bir ölkəyə ötürməsini təsdiq etmədikdən sonra Xorvatiya hökuməti İsraildən 12 ədəd  F-16 döyüş təyyarəsi almaq qərarını ləğv edib.
 
Bununla bağlı İsrailin Müdafiə Nazirliyinin nümayəndə heyəti Xorvatiyanın paytaxtı Zaqreb şəhərinə gələrək Xorvatiyanın Müdafiə Nazirliyinin rəsmiləri ilə görüşüb.
Xorvatiyanın müdafiə naziri Damir Kristiceviç görüşdən sonra İsraildən 12 ədəd F-16 döyüş təyyarəsinin satın alma qərarını ləğv etdiyini və qərarın ləğv edilməsinin Xorvatiyaya heç bir maddi zərər verməyəcəyini açıqlayıb.
Müxalifət.az