ABŞ-ı qəzəbləndirəcək qərar: S-400-ün pulunu rublla ödəyəcəklər!

Baxış sayı:
5251

Hindistan Rusiyadan aldığı S-400 müdafiə sistemlərinin pulunu rublla ödəyəcək.
 
Rusiyalı nazir müavini Yuriy Borisov, Hindistanla S-400 müqaviləsinin hansı pul vahidi  ilə ödənəcəyi sualına, "Müqavilə rubl olaraq imzalanıb" - deyib.
Qeyd edək ki, Rus hərbi ixracat şirkəti Rosoboronexport-un sədri Aleksandr Mixeyev, Hindistanın, Rusiya istehsalı S-400 sistemləri üçün dollarla ödəniş etməyəcəyini söyləmişdi.
 
Ruslardan ABŞ-a dollar tənqidi
 
Sputnik-in xəbərinə görə, Rusiya rəsmiləri daha əvvəl bir neçə dəfə ABŞ-ı dolları silah olaraq istifadə etməklə günahlandırmışdı. ABŞ prezidenti Donald Trampın alüminium da daxil, bir çox idxal edilən məhsula əlavə gömrük vergiləri gətirmiş, bundan təsirlənən bir çox ölkə ticarət müharibələri adlandırılan bu vəziyyətə qarşı tədbir görəcəklərini elan etmişdi.
Müxalifət.az