“ABŞ-ı peşman edəcəyik” – İran prezidenti

Baxış sayı:
7543

İran prezidenti Həsən Ruhani iqtisadi müharibə ilə xalqın dolanışıq və hüzurunu hədəf alan ABŞ-ı peşman edəcəklərini söyləyib.
 
İraq ilə 1980-1988 illərində etdikləri 8 illik müharibəyə toxunan Ruhani, "İraq müharibəsində hərbi təzyiq və hücumlarla torpaqlarımız işğal edildi, bu gün isə iqtisadi müharibə ilə xalqın dolanışığı və hüzuru hədəf alınır. Ancaq İran düşməni iqtisadi müharibəsində peşman edəcək" deyib.
İqtisadi hücumların hərbi hücumlardan daha kompleks olduğunda diqqəti çəkən Ruhani, "Düşmən ürəyimizdə ümidsizliyin yerinin olmadığını anlamalıdır. Torpaqlarımız bombalansa və bir dəfə daha şəhid, qazi və əsir versək də müstəqillik hədəfindən imtina etməyəcəyik" deyə söyləyib.
Ruhani ABŞ-ın bir ildən çox müddətdir davam edən ağır sanksiyalarına baxmayaraq xalqın boyun əymədiyinə işarə edərək "İran xalqı təslim olmayacaq. Xalqımıza çox açıq bir şəkildə söyləyirəm: Bu gün dik duruş və müqavimət günüdür. Müqavimət və möhkəm duruşla ABŞ, İsrail və bölgədəki mürtəce rəhbərlikləri məğlub edə bilərik" deyib.
Müxalifət.az