ABŞ-ı Fəratın şərqi təlaşı sardı: Təhdid mesajları artdı

Baxış sayı:
3097

Türkiyə Suriyada Fərat çayının şərqindəki terror təşkilatı YPG / PKK ünsürlərinə yönəlik hərbi hərəkata hazılanırkən, ABŞ rəhbərliyi Suriyalı hərbi və siyasi müxalifləri əməliyyata qatılmamaları mövzusunda təhdid edib.
 
ABŞ-lı səlahiyyətlilər Azad Suriya Ordusu(ASO) qruplarına və müxalifətin çətiri altında birləşdiyi Suriya Müxalifəti və İnqilabçı Güclər Koalisyonu'na göndərdikləri təhdid məzmunlu mesajda, Türkiyənin reallaşdıracağı hərbi hərəkata qatılmamalarını tələb edib.
 
"Fillər toqquşduqda uzaq durmalısınız"
 
Mesajda, əməliyyata qatılacaq ünsürlərə həqiqi olaraq ABŞ ordusu ilə üz-üzə qalacaqları iddia edilərək bu sözlərə yer verilib::
"Azad Suriya Ordusu və ya SMDK-nın (hərəkatda) hər hansı bir şəkildə iştirakı ABŞ və koalisiya qüvvələrinə hücum deməkdir və bu Koalisiya Gücləri, yaxud da ABŞ ordusu ilə birbaşa qarşıdurmaya gətirib çıxaracaq. ABŞ qüvvələri və SDG (adını istifadə edən YPG / PKK) iç içə keçmiş vəziyyətdədir. Bu səbəbdən Koalisiya gücləri və ABŞ qüvvələri ilə çatışmadan SDG-yə hücum oluna bilməz."
Amerikalı səlahiyyətlilər təhdid mesajında bir az da irəli gedərək, "Fillər dalaşırkən oradan uzaq durmalısınız" deyib.
Müxalifət.az