“ABŞ-ı diz çökdürəcəyik” - Ruhani

Baxış sayı:
15319

İran prezidenti Həsən Ruhani ABŞ-ın sanksiyalarına baxmayaraq neft ixrac etməyə davam edəcəklərini söyləyib.
 
 Paytaxt Tehranda “İşçilər Həftəsi” münasibətilə keçirilən mərasimdəki çıxışı dövlət televiziyasından canlı yayımlanan İran prezidenti Həsən Ruhani, ABŞ-ın İran iqtisadiyyatını hədəf alan sanksiyalarına toxunub.
Sanksiyaların birbaşa xalqa təsir göstərdiyini vurğulayan Ruhani, "Xüsusilə işçilər, orta və aaşağı gəlir qrupu olmaqla, birbaşa xalqa təsir edən ABŞ-ın zalım və qeyri-qanuni sanksiyalarına məruz qaldıq" deyib.
Sanksiyalarla mübarizənin neftə asılılığın azaldılması və istehsalda özünə güvənməklə mümkün olacağını dilə gətirən Ruhani, "ABŞ İranın neft ixracına qarşı sanksiyalarla valyuta gəlirlərimizi aşağı salmağı hədəfləyir. Buna qarşı mübarizənin yolu isə istehsal və qeyri-neft ixracatını artırmaqdır" deyib.
ABŞ-ın sanksiyalarına qarşı neft ixrac etməyə davam edəcəklərini bildirən Ruhani, deyib:
“ABŞ-ın İran neft ixracını sıfıra endirmək cəhdi yanlış və xətalı bir qərardır. Biz bu qərarın həyata keçirilməsinə yol verməyəcəyik. Amerikalılar İranın neft ixracına davam etdiyini görəcək. Bir yolu bağlamağa nail olsalar belə, bizim üçün başqa çıxış qapıları olduğundan xəbərdar deyillər. ABŞ-ı diz çökdürəcəyik".
Müxalifət.az