ABŞ hərəkətə keçdi! TÜRKİYƏYƏ F-35 SATMAYACAQLAR

Baxış sayı:
1411

Terror təşkilatlarına sonsuz dəstək verən ABŞ, F-35 təyyarələrinin Türkiyəyə satışını dayandırmaq üçün hərəkətə keçib. ABŞ Konqresinin yuxarı palatası Senatdan sonar, Nümayəndələr Məclisində də Türkiyəyə F-35 döyüş təyyarəsi satışını dayandırmağa yönəlik bir qanun layihəsi hazırlanıb.
 
Xarici Əlaqələr Komitəsinin üzvü Demokrat Devid Cicilliene ötən il apardığı F-35 satışının qadağan olunmasına yönəlik səylərini yeniləyib. Bu dəfə onun təşəbbüsünə Respublikaçı Ted Yoho, Gus Lirakis və Robert Aderholt ilə Demokrat John Sarbanes, Frank Pallone və Cim Mcgovern də qoşulub.
Layihə, prezident Trampdan Türkiyənin NATO-nun birgə fəaliyyətinə ziyan vermədiyi, NATO-ya məxsus ünsürləri  haqda düşmən aktyorlara məlumat verməyəcəyi, NATO ölkələrinin təhlükəsizliyinə zərər vermədiyi barədə təminat verməsini, əks halda F-35 satışının qadağan edilməsini nəzərdə tutur. Layihəylə Rusiyadan S-400 raket sistemi alan Türkiyəyə təzyiq məqsədi güdür.
Müxalifət.az