“ABŞ hər gün terrorçubaşılarla bir yerdə oturur”

Baxış sayı:
3625

Strateji Düşüncə İnstitutunun (SDE) Müdafiə və Güvelik Koordinatoru təqaüddə olan polkovnik Mithat İşıq, ABŞ-ın terror təşkilatı PKK-nın sözdə rəhbərlərinə mükafat qoymasının gülünc bir təşəbbüs olduğunu bildirib.
 
İşıq, "Blackwater adlanan təhlükəsizlik şirkəti adı altında təşkilat, tamamilə ABŞ, Pentaqon və MKİ-nin nəzarətində hər gün Karayılan və Cəmil Bayık-la oturur. ABŞ bunları təslim edənə pulları verəcəyinə, yarısını Blackwater-ə versin, onlar gətirər" deyib.
 
Türkiyənin bölünərək kiçilməsini hədəf seçirlər
 
İşıq, ABŞ-ın pul mükafatı açıqlamasının səmimiyyətdən uzaq olduğunu, ABŞ başçılığı ilə imperial güclərin regionda yaradılacaq  terror dövləti ilə gələcək perspektivdə Türkiyənin bölünərək kiçilməsini hədəf seçdiyini söyləyib.
Son illərdə baş verən proseslərdə Türkiyə və ABŞ-ın Orta Şərqdəki planlarının üst-üstə düşmədiyinin aydın ortaya çıxdığını bildirən İşıq, “ABŞ, Türkiyənin terrorla mübarizəsinə bu günə qədər səmimi bir dəstək vermədi. Təkcə İraqda PKK-nı dəstəkləmirmiş kimi göründü, bir də PKK-nı terror təşkilatı olaraq qəbul etdi. Ancaq ABŞ, İraqı işğal etdikdən sonra PKK-ya örtülü olaraq silah, sursat yardımı edib.
 
Türkiyənin əməliyyatlarını qadağan edib
 
2003-dən sonra Türkiyənin İraqdakı əməliyyatlarını da qadağan edib. Hansı ki, orada bizim keçirəcəyimiz əməliyyatlar ABŞ-a deyil, PKK terror təşkilatına qarşı idi. 2003-ci ildən 2012-ci ilə qədər regionda əməliyyat keçirməmişik. 2003-ci ilin iyul ayında da Süleymaniyyədə əsgərlərimizə qarşı hamımızı kədərləndirən bir hadisə baş verdi" deyib.
İşıq, ABŞ-ın PYD-ni terror təşkilatı olaraq qəbul etməməsi, minlərcə TIR dolusu silah, hərbi texnika, sursat göndərməsi ilə oynadığı oyunun, terror təşkilatına örtülü dəstəyinin açığa çıxması anlamına gəldiyini söyləyib.
 
Məqsəd terroru Türkiyə içinə yaymaqdır
 
ABŞ-ın Aralıq dənizinin şərq sahilindən İran sərhədinə qədər olan bölgədə bir terror dövləti yaratmaq məqsədi daşıdığını bildirən İşıq, bunları qeyd edib:
“ABŞ-ın məqsədi dənizdən İran sərhədinə qədər olan bölgədə, yəni Suriya və İraq sərhədini, uzaq perspektivdə Türkiyənin Hatay vilayətini də içinə alacaq olan bölgədə bir terror dövləti yaratmaqdır. Türkiyə burada doğru bir hərəkət etdi. Əvvəl Fərat Qalxanı, daha sonra da Afrin Hərəkatını keçirməklə Amerikanın buradakı planının qarşısını almış oldu. Həm Amerikanın, həm Fransanın, həm də İngiltərənin burada oynanmaq istədiyi oyun, cənub qonşuları ilə Türkiyənin əlaqəsinin kəsilməsi və burada yaratdıqları terror dövlət quruluşu ilə Türkiyənin içinə terroru yaymaqdır. Növbə Türkiyəyə gələndə baş verən daxili münaqişələrlə Türkiyəni parçalamaqdır".
Müxalifət.az