​ABŞ Hindistanı qorxudur - S-400 danışıqları

Baxış sayı:
11068

 Dehlinin S-400 sistemlərini alması ABŞ və Hindistanın hərbi-texniki əməkdaşlığını ciddi şəkildə zədələyə bilər.
Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin adı açıqlanmayan nümayəndəsi deyib.
“Bu, çox ciddi məsələdir. Yüksək texnologiyalar sahəsindəki gələcək əməkdaşlığa mane olacaq”, - deyə diplomat bildirib.
ABŞ rəsmisi qeyd edib ki, Dehli-Vaşinqton arasında yaşanacaq hər hansı xoşagəlməzlik S-400-lə bağlı ortaya çıxmış Türkiyə-ABŞ münasibətlərindən xeyli dərəcədə fərqlənəcək.