​ABŞ Hindistanı hədələdi: “Rusiyadan silah alınsa...”

Baxış sayı:
4678

Hindistan Rusiyadan “S-400” hava hücumundan müdafiə sistemlərini almağı planlaşdırır.
Muxalifet.az xəbər verir ki, ABŞ belə bir addımın atılacağı təqdirdə sanksiyalar tətbiq ediləcəyi barədə xəbərdarlıq edib.
ABŞ xarici işlər nazirliyinin işçisi “The Hindu” xəbər portalına məsələ ilə bağlı açıqlama verib:
“Hindistan Rusiyadan “S-400” hava hücumundan müdafiə sistemini alsa,  ABŞ  “CAATSA” qanunu çərçivəsində İran, Şimali Koreya və Rusiya ilə vacib ticarət edən hər hansı bir ölkəyə sanksiyalar tətbiq edə bilər. Hindistan da bu sıraya daxil ediləcək. Bütün müttəfiq və tərəfdaşlarımıza Rusiya ilə CAATSA çərçivəsində sanksiyalara səbəb ola biləcək ticarətdən vaz keçmələri üçün çağırış edirik”.