​ABŞ Gürcüstana 18,5 milyon dollar yardım ayırır

Baxış sayı:
3463

ABŞ Gürcüstan iqtisadiyyatının inkişafına yardım məqsədilə bu ölkənin qeyri-hökumət təşkilatlarına 18,5 milyon dollar maliyyə ayırmaq niyyətindədir.
Muxalifet.az “Russia Today”ə istinadən xəbər verir ki, bu barədə “USAID”in (ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi) Gürcüstan üzrə iqtisadi təhlükəsizlik proqramında qeyd olunub. Vaşinqton hesab edir ki, Gürcüstanın inkişafına başlıca maneə Rusiyanın təbliğatıdır.
“Gürcüstan iqtisadiyyatına təhdidlər Rusiyanın təbliğatı ilə daha da pisləşir. Bu təbliğat avrointeqrasiya və Qərbə oriyentasiyaya dəstəyin sarsılmasına istiqamətlənib. 
“USAID”in proqramında, həmçinin, Gürcüstanda turizmin inkişafı və dövlət gəlirlərinin artırılması nəzərdə tutulub.