​ABŞ güclü və müstəqil İraqa dəstək olacaq - Pompeo

Baxış sayı:
1456

ABŞ Dövlət katibi Mayk Pompeo ilə İraq prezidentinin köməkçisi İyad Allavi və baş nazir Heydər Abadi arasında telefon danışığı baş tutub.
Muxalifet.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyert deyib. O, tərəflərin İraqdakı ən son vəziyyəti müzakirə etdiklərini söyləyib:
“M. Pompeo gərgin zamanlarda İraqın müstəqilliyinin müdafiə olunmasının vacibliyinə toxunub. Sonda isə ABŞ-İraq Strateji Əməkdaşlıq Razılaşmasına əsasən ABŞ-ın güclü, müstəqil və müvəffəqiyyətli İraqa dəstək olmağa davam edəcəyini deyib”.