​ABŞ-ın gözlənilən hücumuna Əsəddən – İLK REAKSİYA

Baxış sayı:
4150

Döyüş meydanında əldə etdiyimiz hər zəfərdən sonra bəzi Qərb dövlətlərinin səsi yüksəlir və onlar hadisələrin gedişini dəyişdirmək üçün müəyyən cəhdlər edirlər.
Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Suriya lideri Bəşər Əsəd deyib.
“Bu cəhdlər və ya hər hansı bir müdaxilə beynəlxalq sülh və təhlükəsizliyi təhdid etməkdən, sabitliyi pozmaqdan başqa bir işə yaramayacaq”, - Əsəd bildirib.
Qeyd edək ki, son vaxtlar Suriyanın Şərqi Qutaya kimyəvi hücum etməsi böyük xaosa səbəb olub. ABŞ-ın Suriyanın hərbi obyektlərinə zərbə endirəcəyi gözlənilir.