ABŞ geri çəkilməyə başladı: Rus ekspertdən analiz

Baxış sayı:
5632

Rusiyanın Hərbi Müdafiə Təşkilatının eksperti Viktor Muraxovski ABŞ-ın Türkiyə ilə S-400 məsələsində ortaq komissiya qurulması ilə bağlı etdiyi qiymətləndirmədə, "Mənzərəyə baxılsa, ABŞ geri çəkilməyə başladı və indi özlərinin yaratdığı bu çətin vəziyyətdə imiclərini qorumağa çalışırlar" deyib.
 
Rus ekspert Muraxovski ABŞ-ın Türkiyənin ortaq S-400 işçi qrupu təklifinə müsbət baxmasının bu alışı qəbul etdiyi, amma imicinin korlanmasını istəmədiyini göstərdiyini ifadə edib.
Muraxovski "İndi komissiya S-400-ün Türk ordusunun əlindəki F-35 üçün heç bir təhdid meydana gətirmədiyi mövzusunda bir sənəd ortaya çıxaracaq. Düşünürəm ki, bununla da hər şey sakitləşəcək" deyib.
S-400-ün Türkiyədə F-35 ilə əlaqədar məlumat yığacağı istiqamətindəki narahatlıqların 'uydurma' olduğunu qeyd edən Rus ekspert, "Bu arqument bəhanə üçün ortaya atılıb. F-35 ABŞ və İsrail tərəfindən Suriya hava sahəsində dəfələrlə istifadə edildi ki, burada da S-400 və öz radarlarına sahib döyüş təyyarələrimiz var. Əlbəttə Amerikan təyyarələrlə əlaqədar məlumat toplandı belə. Bu məlumatın toplanmaması üçün gərək F-35 əsla bir daha havaya qalxmaya" deyə bildirib.
Müxalifət.az