ABŞ generalından “Türkiyə və Münbiç” açıqlaması

Baxış sayı:
9907

Ordu generalı Votel, ABŞ Müdafiə Nazirliyində (Pentaqon) telekonfransla Yaxın Şərqdəki ABŞ əməliyyatlarına dair açıqlama verib.
 
Bir jurnalistin Münbiç yol xəritəsinin məqsədlərindən birinin Münbiçi YPG/PKK-dan təmizləmək olduğunu, ancaq bunun hələ baş vermədiyini xatırladaraq ABŞ-ın bunu nə vaxt edəcəyi ilə bağlı sualına Votel, "Münbiç yol xəritəsi ilə bağlı doğru yolda olduğumuzu düşünürəm. Bu proqramların çoxunun konkret şərtlərə bağlı olacağını vurğulamışdıq. Ancaq üç aşağı, beş yuxarı olsa da, lazım olan nöqtədə olduğumuzu düşünürəm. Hamısı deyilsə də YPG-nin əksəriyyəti Münbiçin kənarındadır. Əlbəttə bu yol xəritəsini yerinə yetirərkən etməli olduğumuz bəzi fəaliyyətlər var" deyə cavab verib.
Türkiyə ilə birgə patrul xidməti yerinə yetirdiklərini bildirən Votel, təlimçilərin təlimlərinin başladığını, birgə patril-keşik xidmətində iştirak edəcək qüvvələrin təlimləri üçün isə hazırlıqların aparıldığını qeyd edib.
Bir jurnalistin Türkiyə prezidentinin sözçüsü İbrahim Qalının açıqlamalarını xatırladaraq "Münbiç yol xəritəsinin 90 gün ərzində həyata keçirilməli olduğu halda hələ birgə patrul-keşik xidməti belə başlamadı. Bu gecikmədən kim məsuldur? Türkiyəmi, ABŞ-mı" sualına Votel, "Heç kim məsul deyil. Bu, müqavilənin şərtlərə bağlı tətbiq olunmasıdır. Bu məsələdə ən başından bəri açıq olmuşuq və bu məsələdə irəliləyirik" deyib.
“Vəd edilən vaxtın çoxdan keçildiyini nəzərə aldıqda, ABŞ-ın Türkiyə ilə müqavilə çərçivəsində öhdəliklərinə hələ də bağlı olduğunu deyə bilərsinizmi" sualına isə Votel, "Qəti olaraq sazişə sadiqik" cavabını verib.
Təlimlərdə iştirak edəcək yüksək səviyyəli hərbçilərin Türkiyəyə getdiyini xatırladan Votel, "Bu günə qədər bölgədə təzyiqi aşağı salmağa yardımçı olmaqla, 54 müstəqil patrul-keşik xidməti təşkil etməyimiz də bunu necə yerinə yetirdiyimizin bir göstəricisidir" deyib.
Müxalifət.az