ABŞ generalından etiraf: O bölgədə əmrimizdə olan 50 min NƏFƏRLİK ORDU VAR

Baxış sayı:
3604

ABŞ-ın Suriya və İraqdakı əməliyyatlarını həyata keçirən Xüsusi Qüvvələr Komandanı general R. Tomas, gizli bir yığıncaqda "Sözlərimizdən çıxmayan vəkil ordumuz” sayəsində yalnız 2 əsgər itirdik" deyib.
 
ABŞ-ın ən mühüm təhlükəsizlik və müdafiə jurnallarından “The Nation”-da dərc olunan bir xəbərdə müdhiş bir kəşfiyyat məlumatı paylaşılıb. “Donald Trampın ilk ilində Amerikan xüsusi qüvvələrinin rekord istifadəsilə keçdi” başlıqlı xəbərdə, hazırda İraq və Suriyadakı Amerika əsgərlərinin böyük hissəsinin Birləşmiş Ştatlar ordusunun ən elit qoşunlarının yaratdığı xüsusi qoşun hissələri olduğu qeyd olunub.
ABŞ Xüsusi Əməliyyatlar və Qüvvələrinin (SOCOM) Baş Komandanı general Raymond Tomasın Colorado Əyalətinin Aspen şəhərində komandirlərə apardığı gizli söhbətin qeydlərini jurnal ilk dəfə yayıb. ABŞ-ın YPG-li terrorçuları necə istifadə edib, atdığı ortaya çıxıb.
 
SADƏCƏ 2 İTKİ VERDİK
 
“The Nation”-ın yaydığı məlumatlara görə, Tomas mətbuata qapalı toplantıda bunları ifadə edib:
“Hazırda İŞİD-in paytaxtı olan Raqqanın içinə girdik. Yaxında “vəkil” ordumuzla (YPG) Raqqanı da alacağıq. Burada bizim üçün çalışan, əmrimizdən çıxmayan və maraqlarımıza xidmət edən 50 min nəfərlik bir ordudan bəhs edirəm. 2,5 illik bu müharibədə YPG minlərlə adamını itirdi, biz isə yalnız 2 xüsusi təyinatlı əsgərimizi itirdik. 2 nəfər belə çoxdur, amma bu böyük uğurdur.
 
MİNA TƏLƏSİ ABŞ ƏSGƏRLƏRİNİ ÖLDÜRDÜ
 
ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya, Suriyada baş verən partlayış nəticəsində iki əsgərin öldüyünü, 5 əsgərin də yaralandığını açıqlayıbi. Yerli qaynaqlar, Türkiyə və ABŞ-ı qarşı-qarşıya gətirən Suriyanın şimalındakı Münbiçdə əsgərləri daşıyan maşının minanın üstündən keçməsi səbəbindən partlayış olduğunu bildirib. İki gündür Münbiçdən fotolar yayımlayan “AP” xəbər agentliyi, bölgədə Amerikan bayrağı daşıyan zirehli maşınlar və ABŞ bayrağının dalğalandığı bir evdə gözləyən əsgərləri görüntüləmişdi.
Müxalifət.az