​ABŞ GENERALA VIZA VERMƏDİ

Baxış sayı:
922

ABŞ səfirliyi Serbiya Müdafiə Nazirliyinin qərargah rəisi, general Ljubisa Dikoviçə viza verməkdən imtina edib.
Teleqraf.com xəbər verir ki, Dikoviç ABŞ-da keçiriləcək "Radikal təşkilatlara qarşı mübarizə" adlı konfransda iştirak üçün səfirlikdən viza almaq istəyib və rədd cavabı alıb.
Serbiyanın müdafiə naziri Aleksandr Vulin Dikoviçə viza verilməməsini "mənasız addım" adlandırıb.
Vulin Dikoviçin Serbiya ordusunun qürur duyulan cəsur və şərəfli zabiti olduğunu bildirib. Vulin generala viza verilməməsinin iki ölkə arasındakı münasibətlərə mənfi təsir göstərəcəyini qeyd edib.
Qeyd edək ki, Kosovada 1998-1999-cu illərdə gedən hərbi əməliyyatlarda iştirak etmiş Dikoviç vətəndaş cəmiyyəti tərəfindən hərbi cinayətdə ittiham olunub. Dikoviç ittihamları rədd edib.