ABŞ, F-35 və Türkiyə hesabatını Konqresə təqdim edib

Baxış sayı:
4384

ABŞ-;n Müdafiə Nazirliyi (Pentaqon), Türkiyənin satın alması planlaşdırılan 100 F-35 təyyarəsi ilə bağlı hesabatını Konqresə təqdim edib.
 
İRƏLİYƏ DOĞRU BİR ADDIM
 
F-35-lərin Türkiyəyə göndərilməsi, bu hesabat Konqresə təqdim edilənə qədər təxirə salınmışdı;.O üzdən bu hesabatın təqdim edilməsi müqavilədə irəliyə doğru bir addım mənasına gəlir.
ABŞ prezidenti Donald Tramp, Türkiyəyə F-35 döyüş təyyarələri təhvilini müvəqqəti olaraq dayandıran qanun layihəsini avqust ayında imzalamışdı.
 
HESABATA QƏDƏR DAYANDIRMA QƏRARI
 
Layihənin yasalamasından sonrakı 90 gün ərzində ABŞ Müdafiə Nazirliyinin Türkiyə ilə ABŞ arasında münasibətlərin vəziyyətinə dair bir hesabat hazırlaması və bu hesabat təqdim olunana qədər də F-35-lərin təhvilinin dayandırılması nəzərdə tutulurdu.
ABŞ-ın bu qərarlarının arxasında Türkiyənin Rusiyadan S-400 raket sistemi alması durur.
Müxalifət.az