ABŞ F-35 qəzasının səbəbini açıqladı

Baxış sayı:
8767

ABŞ Konqresinin müfəttişləri 2018-də Cənubi Karolina ştatında qəzaya uğrayaraq düşən bir F-35 döyüş təyyarəsində problemin "istehsal səhvindən" qaynaqlandığını açıqlayıb.
 
“Bloomberg”-in xəbərinə görə, Konqresə bağlı Dövlət Hesab Vermə Ofisi məsələ haqqında yaydığı hesabatda, "Emal xətası uçuş zamanı mühərrikə bağlı bir yanacaq balonunun parçalanmasına və mühərrikin güc mənbəyinin kəsilməsinə səbəb olub" deyə qeyd olunub.
Keçən ilin sentyabr ayında meydana gələn qəzadan sonra eyni tip bütün F-35-lərin uçuşları dayandırılmışdı. Pentaqon rəsmiləri xətalı hissənin 117 ədəd F-35 təyyarəsində dəyişdirilməsi lazım olduğunu bildirib. Bu, bütün dünyadakı F-35-lərin 40 faizini təşkil edir.
Konqresin hesabatına görə, təyyarənin mühərrik sistemlərinin istehsalçısı “United Technologies” şirkətinə məxsus “Pratt & Whitney” firması F-35-in düşməsinə səbəb olan istehsal səhvlərindən məsuldur. Qeyd edək ki, pilot qəzadan son anda xilas ola bilmişdi.
 
FİRMA MÜHƏRRİK TƏHVİLİ MƏSƏLƏSİNDƏ BÖYÜK PROBLEMLƏR YAŞAYIR
 
 “Pratt & Whitney” motorun təhvil məsələsində də problem yaşayır. Firma illik motor təhvili sayını 2012-də 41-dən 201-dəe 81-ə yüksəltdi, amma keçən il keçirilən bu təhvi 86 faizi zamanında həyata keçirilmədi. Gecikmələr parçaların keyfiyyətində baş verən problemlərdən qaynaqlanıb. 2017-də mühərriklərdə orta hesabla 777 keyfiyyət problemi müəyyən edilərkən, du say 2018-də 941ə yüksəlib.
Müxalifət.az