ABŞ esminesi ikinci dəfə Qara dənizə gəlir

Baxış sayı:
17416

ABŞ-ın “Donald Kuk” esminesi bu il artıq ikinci dəfədir ki, Qara dənizə doğru yola düşüb.
Muxalifet.az xəbər verir ki, bu barədə ABŞ-ın VI donanmasının məlumatında deyilir.
“Hər səfər bizə partnyorlarımızla unikal əməkdaşlıq imkanları yaradır”, - deyə komandan Metyu Pauel bildirib.
Məlumatda həmçinin deyilir ki, esminesin regiona göndərilməsində əsas məqsəd stabilliyin möhkəmləndirilməsi, NATO müttəfiqləri və partnyorları ilə yerli manevrlərin icra edilməsidir.