​ABŞ-ın eks-prezidenti Pxenyana gedir: Trampa kömək

Baxış sayı:
4936

ABŞ-ın keçmiş prezidenti Cimmi Karter Şimali Koreyaya getməyə və Kim Çen İnlə danışıqları dalana dirənmiş ölkə başçısı Donald Trampa kömək etməyə hazır olduğunu açıqlayıb.
Muxalifet.az xəbər verir ki, bu barədə “Politiko” nəşri yazıb.
Karter ABŞ hökumətinin müraciət edəcəyi halda Pxenyana gedə biləcəyini söyləyib.
Xatırladaq ki, Karter Şimali Koreyada nüfuzlu simalardan biri sayılır. Eks-prezident dəfələrlə Şimali Koreyada sülhməramlı missiyalarda iştirak edib.