ABŞ-ın dəstəklədiyi PKK/PYD terrorçuları YALVARMAĞA BAŞLADI: TÜRKİYƏNİ DAYANDIRIN

Baxış sayı:
2122

Türkiyənin Afrinə əməliyyat keçirəcəyi ilə bağlı qətiyyətli açıqlamaları terror təşkilatı PKK/PYD-ni tam mənada qorxuya salıb. İşğalçı PKK/PYD Türkiyənin bu əməliyyatına mane olmaları üçün beynəlxalq ictimaiyyətə müraciət edib.
 
Şimali Suriyada ABŞ-ın "terror dəhlizi" yaratmasına "dur" deyən Türkiyə, ABŞ-ın himayəsində getdikcə quduzlaşan terror təşkilatı PYD-yə qarşı əməliyyat hazırlıqlarını intensivləşdirdi. Prezident Rəcəb Tayyib Ərdoğanın qətiyyətli açıqlamaları, TSK-nin Afrin sərhədindəki tədbirlərini artırması və zaman-zaman terror mövqelərini vuran top atışları terror təşkilatı PYD-ni qorxutya salıb. Sözün əsl mənasında təşviş yaşayan terrorçular, verdikləri bəyanatlarla ABŞ-dan yeni silahlar tələb etməklə bərabər, həm də Türkiyənin mümkün əməliyyatına mane olunması üçün yalvarırlar.
 
HAVADARLARINA MÜRACİƏT
 
Bu xüsusda PYD, Türkiyənin Afrinə qarşı keçirmək istədiyi əməliyyata qarşı təbliğat kartını işə salıb. PYD-nin Afrin Kantonunun rəhbərləri, terror dəstəkləyən ölkələri hərəkətə keçirmək üçün "beynəlxalq qurumları Türkiyənin qarşısını almağa çağırırıq" açıqlamaları ediblər.
Müxalifət.az