ABŞ-ın dəstəklədiyi PKK/PYD-nin hədəfi Deyrizor nefti

  PKK/PYD ABŞ-ın dəstəyi ilə Sentyabrın 9-də başlatdığı əməliyyatda Suriyanın şərqində İraq sərhədinə hakim olan və Suriyanın ən səmərəli neft yataqlarının yer aldığı Deyrizor rayonunun içərilərinə doğru irəliləyişini davam etdirir
 
Müxalifət.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, PKK/PYD Suriyanın ən səmərəli neft yataqlarının yer aldığı Deyrizor rayonu içlərinə sürətlə gedir. İŞİD-n toqquşmadan itirdiyi İraq sərhədindəki sahədə 11 əhəmiyyətli neft yatağı yerləşir.
 PKK/PYD, ABŞ-ın dəstəyi ilə Sentyabrın 9-də başlatdığı əməliyyatda Suriyanın şərqində İraq sərhədinə hakim Deyrizor şəhərinin şimal-şərqindəki irəliləyişini davam etdirir.
İŞİD-in böyük hissəsini işğal etdiyi rayondan çəkilməsi sayəsində PKK/PYD təxminən 56 kilometr dərinlikdəki bölgəni ələ keçirdi.
Eyni zamanda PKK/PYD-nin əməliyyat sahəsinin Deyrizor rayonunun İraq sərhəd xəttində Fərat çayının şərqində qalan neft sahələrini də əhatə etməsi diqqəti çəkir.
 Ən böyüyü Əl Ömər olmaq üzrə ölkənin ən səmərəli neft sahələri Fərat Çayının şərqində yer alır.
 Deyrizoru ikiyə bölən Fərat Çayının şərqindəki Əl Ömər, Kimsəsiz, Vard, Afra, Kevar-ı, Cafra, Carnuf, Azra-maq, Kahar, Şueytat və Galban neft sahələri, təxmini hesablamalara görə, Suriyanın enerji ehtiyatlarının təxminən üçdə birini təşkil edir.
 Son 3 ildir İŞİD həmin neft yataqlarından milyonlarla dollar gəlir əldə etmişdi.
 HASEKEDE 350 KİÇİK QUYU
 Hasekedeki yerli mənbələrdən alınan məlumatlara görə, PKK/PYD hazırda Suriyanın şimalındakı Hasekede kiçik miqyasda təxminən 350 quyu əlində saxlayır. Təşkilatın bu quyulardan gündəlik 35 min barrel neft əldə etdiyi deyilir.
 SU EHTİYATLARI DA ƏLİNDƏ
 Suriya torpaqlarının yüzdə 23-ünü işğal edən PKK/PYD ABŞ-ın hərbi dəstəyi ilə ölkənin ən böyük üç su anbarını ələ keçirmiş vəziyətdədir.
 PKK/PYD ölkənin şimalında kənd təsərrüfatı ərazilərinin də 60 faizini işğal edir.

Müxalifət.az