ABŞ dövlət katibindən “Türkiyə” açıqlaması

Baxış sayı:
2623

ABŞ-ın Türkiyəyə sanksiya qərarı almasından sonra dünən xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ-lı həmkarı Mayk Pompeo Sinqapurda bir araya gəlmişdi. ABŞ-ın dövlət katibi Mayk Pompeo, Çavuşoğlu ilə Sinqapurda keçirdikləri görüşün detallarını açıqlayıb.
 
Görüşün konstruktiv keçdiyini və Türkiyədə həbsdə olan Amerikalıların yaxın günlərdə sərbəst buraxılacağına ümid etdiyini söyləyən Pompeo, "Həmkarımla dünən konstruktiv görüş keçirdim. Keşiş Brunsonun sərbəst buraxılmasının və ABŞ-a qayıtmasının vaxtının keçdiyini və Türkiyədəki digər məhbusların da azadlığa buraxılması lazım olduğunu dedim. Ümid edirəm ki, yaxın günlərdə bunlar baş verəcək" deyib. Pompeo, "Türkiyə ABŞ-ın hər vəziyyətdə birlikdə çalışmaq istəyəcəyi bir NATO müttəfiqidir" deyə, bildirib.
Müxalifət.az