ABŞ dövlət katibinə çətin sual

Baxış sayı:
4615

Amerika Birləşmiş Ştatlarının İrana qarşı sanksiyalarını açıqlayan ABŞ dövlət katibi Pompeo-ya “Al-Jazeera”-nin müxbiri "İranın Səudiyyə Ərəbistanından, nə fərqi var" deyə sual verərək onu çətin vəziyyətə salıb.
 
ABŞ-ın dövlət katibi Mayk Pompeo və xəzinə naziri Stiven Mnuçin, İrana qarşı sanksiya qərarlarını açıqlayıb. Sonra da sualları cavablandırıb.
Sual-cavab hissəsində “Al-Jazeera”-nin müxbiri "İranın qeyri-sabit və regionda xaos yaradan mövqeyindən bəhs edirsiniz. Bu, Səudiyyə Ərəbistanından nə qədər fərqlidir? Məgər Səudiyyə də eyni şeyləri etmir” deyə ABŞ dövlət katibinə sual yönləndirib.
 Pompeo isə," İran, ABŞ-a birbaşa təhdiddir. Eyni zamanda, Yəməndə Husiləri dəstəkləyir. İraqda Şiə döyüşçülərini dəstəkləyir. İraqda mülki vətəndaşların ölümünə səbəb olur. Suriyada onsuz da etdiklərini bilirsiniz. Bu siyahı uzana bilər. İki ölkə müqayisə belə oluna bilməz. Səudiyyə Ərəbistanı bizim terrorla mübarizəmizə ən böyük dəstək verən ölkələrdən biridir. İran İslam Respublikası Orta Şərqdə problem yaradan bir dövlətdir" deyə cavab verib.
Müxalifət.az