ABŞ Dövlət Departamenti Saakaşvilinin Ukraynaya daxil olması barədə

ABŞ Ukrayna vətəndaşlığından məhrum edilmiş Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin ətrafında vəziyyəti müşahidə edir.
 
Bu barədə danışan ABŞ dövlət katibinin müavini Bricit Brinksin sözlərinə görə, siyasətçinin mümkün ekstradisiyası məsələsi yalnız Ukraynanın və Gürcüstanın işidir.
“Keçmiş prezident Mixail Saakaşviliyə və onun Ukraynaya dünənki daxilolmasına gəlincə, hüquqi prosedurlar var və biz bu prosesi müşahidə edirik, - Brinks bildirib. – Gürcüstan hökumətinin Saakaşvilinin ekstradisiyası ilə bağlı müraciəti yalnız iki dövlətə - Ukraynaya və Gürcüstana aid məsələdir”.
Xatırladaq ki, sentyabrın 10-da Mixail Saakaşvili tərəfdarlarının köməyi ilə sərhəd nəzarətindən yan keçməklə Ukraynaya daxil olub.
Qeyd: ABŞ sözçüsünün dedikləri şablon sözlərdir və demək olar ki, heç nə ifadə etmir. Çünki bütün tərəflər ABŞ-a yaxındır. Bundan artığını söyləmək həm tərəfdaşları narazı salar, həm də ABŞ-ın başqa ölkələrin daxili işinə qarışmaq kimi ittihamıa qarşılaşa bilər. Amma hər bir halda ortada bir ABŞ himayəsi vardır, əks halda Saakaşvili bütün Qərb dünyasını heç bir məhdudiyyət olmadan gəzib, dolana bilməz. Unutmaq lazım deyil ki, yeraltı çaylar dənizə axır. 

Muxalifet.az