ABŞ DÖVLƏT ÇEVRİLİŞİNƏ HAZIRLAŞIR

Baxış sayı:
1681

Venesuela prezidenti Nikolas Maduro, ABŞ rəhbərliyinin "Bolivar İnqilabını məhv etmək"  üçün Venesuelada hərbi çevriliş etməyi planlaşdırdığını irəli sürüb.
 
Ötən bazar günü baş tutan seçkilərdə 68 faiz səs toplayaraq yenidən Venesuelanın dövlət başçısı seçilən Nikolas Maduro, ABŞ rəhbərliyinin "Bolivar İnqilabını məhv etmək" məqsədilə Venezuellada hərbi çevriliş həyata keçirməyi planlaşdırdığını iddia edib.
Maduro daha əvvəl də ABŞ-ın Müvəqqəti İşlər Vəkili Todd Robinsonın hökumətə qarşı sui-qəsd təşkil etməkdə ittiham edərək ölkəni dərhal tərk etməsini tələb etmişdi. ABŞ Xarici İşlər Nazirliyi isə Maduronun bu addımına qarşılıq olaraq Venesuelalı 2 diplomatın 48 saat ərzində ölkədən ayrılması göstərişini vermişdi.
Qeyd edək ki, ABŞ, Kanada, Argentina, İspaniya və Almaniya kimi bir sıra ölkələr, seçkilərin "qeyri-qanuni" olduğunu iddia edərək, Maduronun yenidən seçilməsinin demokratik olmadığını bəyan etmişdi.
Müxalifət.az